Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Professor Nərgiz Paşayeva MDU-nun nümayəndə heyətini  qəbul edib

 

Böyütmək üçün seçinRusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin nümayəndə heyəti   MDU-nun Bakı filialında  olub. MDU-nun psixologiya fakültəsinin dekanı,  psixologiyanın metodologiyası kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor,  Rusiya Təhsil Akademiyasının (RAO) həqiqi üzvü, akademiyanın rəyasət heyətinin akademik-katibi  Yuri Zinçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü  Nərgiz Paşayeva psixologiya fakültəsinin tədris prosesi barədə qonaqlara məlumat verib.

Görüşdən əvvəl tələbələr qarşısında çıxış edən Nərgiz Paşayeva əmin olduğunu bildirib ki, MDU-nun Bakı  filialının psixologiya fakültəsində oxuyan tələbələr gələcəkdə psixologiya elmi ilə məşğul olacaq parlaq mütəxəssislər olacaqlar.  "Mən dəfələrlə demişəm ki, MDU-nun Bakı  filialının psixologiya fakültəsi ölkədə ilk psixologiya fakültəsidir.  Bu cür ixtisas bizdə Bakı Dövlət Universitetinin  sosial elmlər və psixologiya fakültəsində verilir. Əlbəttə ki, orada yaxşı alimlər çalışır, lakin onların sayı bizim ölkənin tələbatlarına cavab vermir", - deyə Bakı  filialının rektoru qeyd edib. Nərgiz Paşayeva  ümidvar olduğunu bildirib ki,  psixologiya elmi M.V.Lomonosov adına MDU-nun Bakı filialının məzunlarının timsalında yeni adlar və perspektivlər qazanacaq. MDU-nun Bakı filialının rəhbəri  qeyd edib ki,  baxmayaraq psixologiya  bir elm sahəsi kimi gəncdir, bu gün aktualdır  və ona  tələbat  var,  insanın  şüuru haqqında anlayışları öyrənir.  Bu, hazırda   ayrıca bir  insanın  və sosiumun həyatında  mühüm aspektdir.

Görüşdə çıxış edən professor Y.Zinçenko bildirib ki, Bakı filialının psixologiya fakültəsində MDU-nun   ən yaxşı  psixoloqları çalışır. Onun sözlərinə görə, Moskvadan ən yaxşı müəllimlər məmnuniyyətlə Bakıya gəlirlər. O qeyd edib ki,  MDU Avropa standartlarına uyğun təhsil verən yeganə universitetdir,  MDU-nu  bitirmiş istənilən məzun  Avropa Birliyi   ərazisində  işləyə bilər. Yuri Zinçenkonun sözlərinə  görə, görüşdə Bakı filialının  məzunlarının gələcək elmi-pedaqoji fəaliyyətinin  təşkili məsələsi müzakirə olunub.  Artıq təhsil ocağında bakalavriat və magistratura strukturu vardır,   növbəti mərhələdə aspirantura və dissertantura  səviyyələrində  təhsilin davam etdirilməsi   perspektivləri  müzakirə olunub ki,  təhsil silsiləsi tam olsun.

Daha sonra  moskvalı qonaq tələbələrin suallarını cavablandırıb. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov