Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda anım tədbiri

 

Böyütmək üçün seçinAprelin 28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda görkəmli oftalmoloq alim və ictimai xadim Zərifə xanım Əliyevanın  doğum günü münasibətilə tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan muzey-lektoriyada institutun professor-müəllim heyətinin, tələbələrin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri BPKİYİ-nin rektoru, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov açaraq, qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzsiz töhfələr vermiş böyük alimin fəaliyyətindən danışıb. Qeyd edilib ki, Zərifə xanımın alim olaraq qazandığı uğurlar Azərbaycan, həmçinin dünya tibb elminin tarixində xüsusi yer tutur.

Zərifə xanım Azərbaycan Tibb Universitetini bitirdikdən sonra aspiranturaya daxil olmuş, namizədlik və doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 1983- cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Professor Zərifə Əliyeva ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış, praktik olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Bu sahədə apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının  M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır. Zərifə xanımın həm də görkəmli ictimai xadim kimi geniş fəaliyyət göstərdiyini diqqətə çatdıran A.Zamanov onun SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" cəmiyyəti idarə heyətinin, Ümumittifaq Oftalmologiya Elmi Cəmiyyəti Rəyasət Heyətinin, həmçinin "Oftalmologiya xəbərləri" dövri elmi jurnalının redaksiya heyətinin üzvü olduğunu bildirdi. Qeyd edib ki, əməkdar elm xadimi  Zərifə xanım Əliyeva şəxsiyyətində insan, vətəndaş və alim anlayışları tam vəhdət təşkil edirdi. Həm alim, həm də insan kimi akademik olan Zərifə xanımın elmi, tibbi və pedaqoji fəaliyyəti hər kəs üçün örnəkdir. Hesab edirəm ki, 20-ci yüzilliyin yetmişinci illərindən başlayaraq Azərbaycanın qazandığı uğurlarda Zərifə xanımın əvəzsiz xidmətləri danılmazdır.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərovun, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin, şair-publisist Taleh Həmidin və başqalarının çıxışları da  tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir akademik Zərifə xanım Əliyeva ilə bağlı xatirələrin söylənilməsi ilə başa çatıb.  

Sevinc QULİYEVA,
BPKİYİ-nun mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov