Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Gənclik və multikulturalizm festivalı

 

Böyütmək üçün seçinAprelin 29-da Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ənənəvi VII Beynəlxalq  Gənclik və Multikulturalizm festivalı keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, xarici ölkələrin Azərbaycandakı  səfirliklərinin nümayəndələri və digər qonaqlar, müəllimlər, tələbələr iştirak ediblər.

Qafqaz Universitetinin 25-dən çox  tələbə maraq klubunun fəal təşkilatçılığı və iştirakı ilə keçən festivalda universitetin geniş həyətində çadırlar qurulub, bu çadırlarda müxtəlif ölkələrin təhsili, mədəniyyəti, milli mətbəxinə həsr olunmuş stendlər nümayiş olunub, iştirakçılara müxtəlif növ milli şirniyyatlar təklif edilib.

Festivalda açılış nitqi söyləyən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç tədbir iştirakçılarını salamlayaraq bu ənənəvi gənclik bayramının ulu öndərin ruhunu anmaq, onun bizə bəxş etdiyi  müstəqil Azərbaycanın gəncliyə və millətlərarası dialoqa olan qayğısını nümayiş etdirmək məqsədi ilə təşkil edildiyini bildirib. Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev cənablarının müvafiq fərmanı əsasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar  altı ildən bəri davam edən festivalın adına bu ildən "multikulturalizm" sözü də əlavə edilmiş, bununla da onun məna tutumu daha da genişlənmişdir. Ahmet Saniç sonda festivalın təşkilində əməyi olanlara təşəkkür edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  layihələr şöbəsinin müdiri Hikmət Babayev təbrik çıxışında ötən il açılan mərkəzlərinin  ölkəmizdə multikulturalizmin təbliği və təşviqi sahəsində gördüyü işlərdən danışıb, tədbir iştirakçılarını təbrik edib. Pakistan İslam Respubliksının ölkəmizdəki  səfiri  cənab  Xalid Usman Qayser, Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranov  və bir sıra digər ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin, ayrı-ayrı qurumların təmsilçiləri  çıxış edərək festivalın, eləcə də multikulturalizmin əhəmiyyətindən danışıb,  mərasim iştirakçılarına təbriklərini çatdırıblar.

Festivalda  Qafqaz Universitetinin özfəaliyyət dərnəkləri  bir-birindən maraqlı  nömrələr nümayiş etdiriblər. Azərbaycanda oxuyan xarici tələbələr də öz çıxışları ilə xoş ovqat yaradıblar. Tədbirin sonunda tələbələr tərəfindən keçirilmiş sorğu əsasında ilin idmançısı seçilmiş tanınmış paraolimpiyaçı İlham Zəkiyevə plaket təqdim edilib.

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov