Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Sumqayıt Dövlət Universitetində anım tədbiri keçirilib

 

Böyütmək üçün seçin Aprelin 28-də Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Öncə iştirakçılar Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Universitetin rektoru Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, ulu öndər Heydər Əliyev xatirələrində qeyd edirdi ki, mən Zərifə xanım kimi həyat yoldaşımın olması ilə xoşbəxt idim. Bu qibtə doğuracaq bir etiraf idi! Üç böyük tarixi şəxsiyyətin - görkəmli dövlət xadimi Əziz Əliyevin, ümummilli lider Heydər Əliyevin və Prezidentimiz cənab İlham Əliyevin həyatında silinməz izi olan Zərifə xanım ən çox ailə və övlad dəyərləri ilə yaşayırdı. Bununla yanaşı  insanlara dünya işığı verən həkim sənətini davam etdirirdi.

Rektor oftalmoloq alim, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, fədakar ana Zərifə xanım Əliyevanın ömür yoluna qısa nəzər saldı. Vurğuladı ki, Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində elmi tədqiqata olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və həkim-ordinator kimi işə başlamışdır. 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə          etmişdir. Görkəmli alim çoxillik araşdırmalarını peşə ilə əlaqədar göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi isə 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən olan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu. Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək qiymətlərini aldı. Elə həmin ildə Zərifə xanıma tibb elmləri doktoru elmi adı verildi. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.

Rektor qeyd etdi ki, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva bir  sıra  orden  və medallara layiq görülmüş, "Azərbaycanın əməkdar elm xadimi" fəxri adını almışdır.

Zərifə xanımın bir həyat yoldaşı kimi  ümummilli liderimiz Heydər Əliyevə çətin günlərində dayaq və hər zaman dəstək olduğunu vurğulayan rektor İlham Əliyev və Sevil Əliyevanın şəxsiyyət kimi formalaşmasında  Zərifə xanımın  xüsusi rolunu qeyd etdi və onun  bütün Azərbaycan qadınlarına  nümunə ola biləcək təmiz, pak, müqəddəs sima olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tibbi biliklər və mülki müdafiə kafedrasının müdiri Tahir Xəlilov,  Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, əməkdar jurnalist Avtandil Ağbaba, SDU-nun YAP Gənclər Təşkilatının sədri Səma Əsədova Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məruzə ilə çıxış etdilər.

Tədbirin sonunda "Elegiya" adlı sənədli film nümayiş olundu. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov