Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Alimin elmi yaradıcılığına həsr olunmuş "dəyirmi masa"

 

Böyütmək üçün seçinAzərbaycan Dillər Universitetində elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusovun elmi yaradıcılığına həsr olunmuş "dəyirmi masa" keçirilib.

ADU-nun Kitabxana İnformasiya Mərkəzinin müdiri Nuranə Tağıyeva və bölmə müdiri Güllüzar Məmmədovanın təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti, pedaqoji (ingilis dili-fransız dili), filologiya və jurnalistika fakültələrinin tələbələri iştirak ediblər.

Tədbirdə ADU-nun prorektoru, professor Ələddin Əliyev çıxış edərək professor  Dünyamin Yunusovun   universitetdəki fəaliyyəti haqqında danışıb. D.Yunusovu  gözəl insan, əziz dost və bacarıqlı həmkar  kimi xarakterizə  edən prorektor onun tələbələrə həmişə dəstək olduğunu vurğulayıb.

ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, lingvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva,  ikinci xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli, sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, fransız dilinin leksikologiyası kafedrasının professoru Çəmən Babaxanova, pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin 322 "a" qrup tələbəsi, ADU Tələbə Gənclər Təşkilatının sədr müavini Coşğun Dadaşov və b. çıxış edərək  professor Dünyamin Yunusovun  elmi yaradıcılığından söz açıblar.

Türkiyə Araşdırmalar Uluslararası Elmlər Akademiyasının fəxri professoru, "Avropa" kitab evinin qızıl medalçısı Hacı Tofiq Seyidzadə Dünyamin Yunusov haqqında ürək sözlərini söyləyib.

 ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ilk növbədə tədbirin təşkilində xüsusi zəhməti olan universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova minnətdarlığını bildirib.  Tələbələrlə işləməkdən zövq aldığını deyən D.Yunusov onların elmə maraqlarının artmasını gördükdə böyük sevinc və fəxr hissləri keçirdiyini vurğulayıb.

Sonra professor Dünyamin Yunusovun müəllifi və redaktoru olduğu kitablardan ibarət sərgiyə baxış keçirilib.

Gözəl insan, tanınmış alim D.Yunusov həm də  "Avropa" Nəşr Mətbuat Evinin təsis etdiyi "Ən yaxşı tədqiqatçı alim" qızıl medalına layiq görülüb. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov