Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

"Mütaliə etmədən düşüncə formalaşa bilməz"

 

Böyütmək üçün seçin Aprelin 25-də Bakıdakı  220 nömrəli məktəb-liseydə  mütaliə vərdişlərinin təkmilləşdirilməsi və  şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına dair "Mütaliə etmədən düşüncə formalaşa bilməz"  adlı tədbir keçirilib. Tədbirdə  Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin nümayəndəsi,  məktəb  direktorları, yazıçılar və digər  qonaqlar iştirak ediblər. Tədbir  iştirakçıları öncə məktəbin foyesində  təşkil olunmuş şagirdlərin  əl işlərindən  ibarət sərgiyə  baxıblar. Burada şagirdlərin oxuduqları əsərlərlə bağlı təqdimatları da keçirilib. Şagirdlər oxuduqları əsərlərdəki qəhrəmanları düşüncələrindəki kimi canlandırıblar. Burada ədəbiyyatın müxtəlif janrlarına aid əsərlər sərgilənib.

 Akt zalında davam edən   tədbiri aparıcılar  açaraq qonaqları salamlayıb  və tədbirin məqsədi barədə məlumat veriblər.  Bildiriblər  ki, Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin  mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli əmrinin icrası ilə əlaqədar son vaxtlar məktəb-liseydə də bir sıra tədbirlər həyata keçirilib və bu iş davam edir.  Şagirdlərin dünyagörüşünün artırılmasında mütaliənin böyük əhəmiyyəti nəzərə alınaraq müxtəlif iş formaları ilə onlar bədii əsərlərin  mütaliəsinə həvəsləndirilir, təşviq edilir.

Söz məktəb-liseyin istedadlı şagirdlərinə verilib. Onlar hazırladıqları maraqlı səhnəciklər və tamaşalarla kitaba olan sevgilərini nümayiş etdiriblər.

Tədbirdə iştirak edən  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva   bildirib ki,  mütaliə  təfəkkürün inkişafına yönəlmiş mənəvi fəaliyyət formasıdır.  O, bu   tədbirdə  nümayiş olunan kompozisiyanın tərbiyəvi əhəmiyyətindən  ətraflı danışıb, şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətindəki tədbirlərin məktəblərdə  keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Bakıdakı 147 nömrəli texniki-humanitar təmayüllü liseyin direktoru Həlimə Mehdiyeva, 3 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov şagirdlərin çıxışlarının  yüksək səviyyədə olduğunu  və gözəl təqdim etdiklərini, çox yaxşı  nitq qabiliyyətinə malik olduqlarını söyləyib, onların  müəllimlərini bu münasibətlə təbrik ediblər.

Sonda məktəb-liseyin direktoru Almaz Əsgərova tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, onları mütaliyə mədəniyyəti ilə bağlı müəllimlərin keçdiyi "açıq dərs"lərin slaydlarına baxmağa və müzakirəsinə dəvət edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov