Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Məktəblilər arasında basketbol və cüdo üzrə zona yarışları keçirilib

 

Böyütmək üçün seçin I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Sumqayıt şəhərində basketbol üzrə zona yarışı keçirilib.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Abşeron, Xaçmaz, Xızı, Quba rayonlarının və Sumqayıt şəhərinin komandaları iştirak edib. Yarışda 1-ci yeri Abşeron rayonunun, 2-ci və 3-cü yerləri isə Sumqayıt şəhərinin komandaları tutub.

Daha bir idman yarışı Masallı Olimpiya İdman Kompleksində baş tutub. Burada məktəblilər arasında cüdo üzrə zona yarışı keçirilib. Yarışlarda Masallı, Şirvan, Salyan, Lənkəran və Yardımlı rayonlarının komandaları iştirak edib. Komanda hesabında 1-ci yeri Masallı, 2-ci yeri Şirvan, 3-cü yeri Salyan rayonunun komandaları tutub.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov