Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Xaçmaz rayonunda məktəblilər arasında karate idman növü üzrə zona yarışı

 

Böyütmək üçün seçinXaçmaz rayonunda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib. "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində keçirilən yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları qatılıblar. Yarışda 200 nəfərdən artıq idmançı karatenin Şotokan növü üzrə 6 yaş qrupu, 12 çəki dərəcəsində və Qocyu-ryu növü üzrə 7 yaş qrupu, 14 çəki dərəcəsində mübarizə aparıblar.

Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xaçmaz, 2-ci yeri Sumqayıt, 3-cü yeri Xızı, Qocyu-ryu növü üzrə 1-ci yeri Xaçmaz, 2-ci yeri Quba, 3-cü yeri Qusar rayonunun komandaları tutublar. Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları aprelin 21-də başlayıb və mayın sonunadək davam edəcək. Son 3 gün ərzində Şirvanda güləş, Astarada atletika, Xaçmazda karate və Tovuzda voleybol üzrə zona yarışları keçirilib. Hər zona yarışında ətrafdakı 10-dək rayonun komandaları iştirak ediblər. Bütün bölgələri əhatə edən yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.

Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov