Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"ADA" Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilib

 

Böyütmək üçün seçinMayın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "ADA" Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilib.

Forumdan öncə iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Sonra qonaqlar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını da ziyarət ediblər.

Forumda 1970-80-ci illərdə Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş Vyetnam vətəndaşları, Milli Məclisin üzvləri, Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, hazırda Azərbaycanda təhsil alan vyetnamlı tələbələr və digər şəxslər iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov forumun keçirilməsi təşəbbüsünün 18-19 may 2014-cü il tarixlərində Vyetnama ilk rəsmi səfəri çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürüldüyünü bildirib. Nazir iki ölkə arasında tarixi əlaqələrin olduğunu, XX əsrin ikinci yarısında Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərlərinin bu əlaqələrin güclənməsində müstəsna rol oynadığını vurğulayıb.Böyütmək üçün seçin

Təhsil naziri bu günə qədər Azərbaycanda iki mindən artıq Vyetnam vətəndaşının təhsil aldığını və onların Vyetnamda siyasi, iqtisadi, hərbi, elm və təhsil sahələrində məsul vəzifələrə layiq görülməsinin Azərbaycanın ali təhsil sisteminin yüksək keyfiyyətli kadr yetişdirmək iqtidarında olduğunun bariz nümunəsi olduğunu qeyd edib.

Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Due Manh forumun açılış mərasimində çıxış edərək Vyetnamın çətin vaxtlarında Azərbaycanın onlara dəstək göstərdiyini, yüzlərlə vyetnamlının Azərbaycanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq Vyetnamın inkişaf etdirilməsinə böyük töhfə verdiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə Vyetnama ilk rəsmi səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin daha da genişlənməsində xüsusi rol oynadığını qeyd edib. N.Due Manh bütün Vyetnam nümayəndə heyətinin uzun illər sonra ikinci doğma diyarları olan Azərbaycana səfər etməkdən böyük sevinc hissi keçirdiyini və Azərbaycan Respublikasının Prezidentinə bu forumun keçirilməsi təşəbbüsünə görə minnətdarlığını ifadə edib.

Forum siyasi, parlamentlərarası, enerji və təhsil sahələrində Azərbaycanla Vyetnam arasında münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq  perspektivlərinə həsr olunan sessiyalarla öz işini davam etdirib.

Qeyd edək ki, Vyetnam nümayəndə heyəti Bakıya səfəri çərçivəsində mayın 6-da məzun olduqları Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasını ziyarət edib, keçmiş müəllimləri ilə görüşlər keçirib.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov