Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Naxçıvan Dövlət Universitetində elmi-praktik konfrans

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin keçdiyi böyük şərəfli tarixi yola nəzər salıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edib.

Konfransda sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyevin "Böyük tarixi şəxsiyyət", hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi, Prezident təqaüdçüsü Surə Qurbanovanın "Heydər Əliyev və Azərbaycan gənclərinin təhsil məsələləri" mövzularında məruzələri dinlənilib.

Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov