Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Sumqayıt Dövlət Universitetində elmi-praktik konfrans

 

Böyütmək üçün seçinMayın 6-da Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində  ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev müstəqil və çiçəklənən Azərbaycanın memarıdır" mövzusunda elmi-praktik konfrans keçirildi.

Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edildi.

Universitetin rektoru Elxan Hüseynov konfransı giriş sözü ilə açaraq bildirdi ki, ulu öndər Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi dövlətçiliyimizin ideoloji əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Rektor Elxan Hüseynov qeyd etdi ki, Sumqayıt Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil respublikamız inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov "Heydər Əliyev və Azərbaycan dövlətinin dil siyasəti", tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev "Müstəqil Azərbaycanda dövlətçiliyin formalaşmasında Heydər Əliyevin xidmətləri", YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri  Vəzirxan Ənsərov "Heydər Əliyevin həyat və fəaliyyəti", qədim dünya və orta əsrlər tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimli "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası", Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev "Heydər Əliyev dövründə Azərbaycanda elmin və təhsilin inkişafı", neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor Əkbər Ağayev "Heydər Əliyev və Azərbaycanın neft strategiyası", SDU-nun YAP Gənclər təşkilatının sədri Səma Əsədova "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında məruzə etdilər. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov