Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda tədbir keçirilib

 

Böyütmək üçün seçinMayın 5-də "İdrak" liseyinin Bakı filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının  92-ci ildönümünə həsr olunan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda tədbir keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı Milli Məclisin deputatları Aydın Mirzəzadə, Tahir Rzayev, tanınmış alim, professor Şahlar Əsgərov və digər qonaqlar iştirak edirdilər.

Öncə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov  dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xalqımızın taleyində mühüm rol oynadığını, iqtisadi, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini bildirdi. Qeyd etdi ki,  Heydər Əliyev şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki, onun ideyaları, əməli fəaliyyəti təkcə bu günlə məhdudlaşmamış, həm də uzaq gələcəyə ünvanlanmışdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərin parlaq ideyaları, başladığı quruculuq siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəlməsini, uğurlarının artmasını diqqətə çatdıran  M.Alışov ölkəmizin hazırda bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin sevindirici hal olduğunu və bu faktın özünün Azərbaycanın müstəqilliyinin təməlinin ulu öndər tərəfindən möhkəm əsaslar üzərində qurulmasının göstəricisi olduğunu diqqətə çatdırdı.

Tədbirdə professor Şahlar Əsgərov, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Tahir Rzayev çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs etdilər.

Sonra liseyin şagirdlərinin ifasında ulu öndərə həsr olunan şeirlər söyləndi, mahnılar səsləndirildi. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov