Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"Ankara məktəbi" məktəb-liseyi və Bakı Avropa Liseyinə mediatur təşkil olunub

 

Böyütmək üçün seçinMayın 4-də Təhsil Nazirliyinin təşəbbüsü ilə "Ankara məktəbi" məktəb-liseyi və Bakı Avropa Liseyinə mediatur təşkil olunub.

10-dək KİV təmsilçisinin iştirak etdiyi mediaturda jurnalistlər ümumtəhsil məktəblərinə təqdim olunan müasir laboratoriya avadanlıqları ilə tanış olub və bu avadanlıqların köməyi ilə keçirilən fizika, kimya və biologiya dərslərini izləyiblər.

Qeyd edək ki, ümumtəhsil məktəblərində mövcud laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 tədris ocağına müxtəlif avadanlıqlar paylanılıb. Bu məktəblərə 2 ədəd mobil araba, 16 ədəd "Biochem" və 16 ədəd "Physio" labdiskləri, 2 ədəd planşet verilib. Bunlardan 31-i Bakı şəhəri üzrə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə məktəb və liseylərə paylanıb. Bununla yanaşı aprel ayının 20-dən etibarən həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlərə yerli təlimçilər tərəfindən 5 günlük təlimlər təşkil olunub. Təlimlərin may ayının sonunadək yekunlaşması nəzərdə tutulur.

"BioChem" və "PhysioGuide" adlanan bu cihazların köməkliyi ilə şagirdlər əldə etdikləri nəzəri bilikləri real müşahidəyə çevirmək imkanı qazanıblar.

"Edumedia-Azərbaycan" şirkəti bu cihazlardan ən yüksək səviyyədə istifadəni təmin etmək üçün "Globisens" şirkətinin yüksək səviyyəli mütəxəssislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 günlük təlimçi təlimi təşkil edib. Təlimlərdə müəllimlər həm Labdisc cihazı, həm də proqram təminatı ilə tanış olub, onlardan istifadə qaydalarını mənimsəyiblər. Həmçinin müəllimlər bu cihaz və proqram təminatı vasitəsilə bir sıra təcrübələri həyata keçiriblər.

Jurnalistlər yeni avadanlıqların üstünlüklərini müşahidə edib və şagirdlərin apardıqları təcrübələri izləyiblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov