Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Veteranlarla görüş

 

Bakı şəhəri 173 nömrəli tam orta məktəbdə 9 May - Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşü giriş sözü ilə məktəbin direktoru Atikə Həsənova açıb və faşizm üzərində qələbənin tarixi barədə ətraflı danışıb. Yasamal Rayon Veteranlar Şurasının sədri Almaz Qasımova, Böyük Vətən müharibəsi əlili Bəkir Məmmədov, Dəyanət Nəbiyev, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Qarabağ döyüşçüsü, şair Nürəddin Mirzəxanlı və başqaları çıxış ediblər.

Veteranlar şagirdlər qarşısında keçdikləri döyüş yollarından danışıb, tarixi qələbənin qazanılmasında igidlik göstərən Azərbaycanın qəhrəman oğullarından söz açıblar.  Sonda məktəb rəhbərliyi tərəfindən veteranlara simvolik hədiyyələr verilib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov