Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Şagirdlər arasında VIII Spartakiada başa çatıb

 

Böyütmək üçün seçinRespublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin kütləvi idman tədbirlərinin təqvim planına əsasən, 2015-ci il tədris ilinin birinci yarısında respublika ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında VIII Spartakiada keçirilib. 8 idman növü üzrə keçirilən yarışlar 4 mərhələdə təşkil olunub. Birinci mərhələdə məktəbdaxili, ikinci mərhələdə rayondaxili, üçüncü mərhələdə zona, dördüncü mərhələdə isə respublika final yarışları keçirilib. Aprelin 1-16-da Bakı şəhərində VIII Spartakiadanın final yarışları olub. Final oyunları çərçivəsində Bakı-I, Bakı-II, Qax, İmişli, Gəncə, Lənkəran, Mingəçevir, Qazax, Şirvan, Sabirabad, Salyan, Sumqayıt, Şəmkir, Şamaxı, Şəki, Masallı, Tovuz, Zərdab, Qusar, Kürdəmir, Goranboy, Gədəbəy, Ağstafa, İsmayıllı, Cəlilabad və başqa rayonların komandaları mübarizə aparıblar.

Final yarışlarında 35 rayondan 1600 məktəbli (730 qız) 8 idman növündə bacarığını nümayiş etdirib. Ümumi komanda hesabında şəhərlər arasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi birinci, Mingəçevir Şəhər Təhsil Şöbəsi ikinci, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Şəki Şəhər Təhsil Şöbəsi üçüncü yerə layiq görülüblər.

Rayonlar arasında Cəlilabad Rayon Təhsil Şöbəsi I, Sabirabad Rayon Təhsil Şöbəsi II, Qusar və Qazax rayon təhsil şöbələri III pillədə qərarlaşıblar. İlk peşə-ixtisas təhsili müəssisələri arasında I yerə 7 saylı Bakı Peşə Liseyi layiq görülüb. İkinci və üçüncü yerləri, müvafiq olaraq, 12 və 5 saylı Bakı Peşə liseyləri tutublar. Bütün qalib məktəblilər Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov