Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Məktəblilər arasında növbəti zona yarışı

 

Böyütmək üçün seçin "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirləri çərçivəsində Masallı rayonunda növbəti zona yarışı keçirilib.

Masallı Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə məktəblilərarası zona yarışında 6 rayonun komandası birincilik uğrunda mübarizə aparıb. Sərbəst və yunan-Roma güləş növü üzrə qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb.

Komanda hesabında idmanın sərbəst güləş növü üzrə 1-ci yeri Masallı, 2-ci yeri Lənkəran, 3-cü yeri Astara, yunan-Roma güləş növü üzrə isə 1-ci yeri Lənkəran, 2-ci yeri Masallı, 3-cü yeri Astara rayonunun komandaları tutub.

Daha bir idman yarışı Masallı rayonunda yerləşən Regional Taekvando Mərkəzində baş tutub. Burada Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvar rayonunu təmsil edən 100 nəfərə yaxın qız və oğlan taekvandoçu qüvvəsini sınayıb.

 Komanda hesabında 1-ci yeri Masallı, 2-ci yeri Lənkəran, 3-cü yeri Lerik rayonunun komandaları tutub.

Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yarışların qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb. 

Hazırladı: Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov