Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Rəsmi xronika

 

 * Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "Bulvar Hotel"in açılışında iştirak ediblər.

* Dövlət başçısı İlham Əliyev mayın 14-də Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Mayın 14-də Prezident  İlham Əliyevin ölkəmizdə  rəsmi  səfərdə olan  Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqla məhdud və geniş  tərkibdə görüşləri keçirilib.

* Mayın 13-də ölkə başçısı İlham Əliyev, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva paytaxtda Avropa Oyunları Parkının açılışında iştirak ediblər.

* Prezident  İlham Əliyev, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva mayın 13-də Veloparkın açılışında iştirak ediblər.

* Mayın 12-də dövlət başçısı İlham Əliyev Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Mayın 10-da Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak ediblər. Dövlət başçısı mərasimdə nitq söyləyib.

* Dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş Gül bayramında iştirak ediblər.  

* Mayın 10-da  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

* Mayın 9-da Rusiya Federasiyasında işgüzar səfərdə olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva  Moskvada Qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov