Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin baxış konserti

 

Mayın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin baxış konserti keçirildı. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edirdi.

Tədbirin aparıcıları  öncə bir  neçə gün əvvəl xalqımız tərəfindən müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider  Heydər Əliyevin anadan  olmasının 92-ci ildönümünün, alman faşizmi  üzərində qələbənin 70 illiyinin qeyd olunduğunu diqqətə çatdırdılar. Azərbaycanın möhtəşəm bir tədbirə - I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyi vurğulandı.

Sonra uşaqların asudə vaxtının səmərəli təşkilində  müstəsna rol oynayan məktəbdənkənar   təhsil müəssisələrinin, xüsusilə  paytaxtda fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət kollektivləri öz  istedad və bacarıqlarını nümayiş etdirdilər.

Uşaqların ifasında "Heyratı" ritmik muğamı, "Sevinc", "İgidlər", "Cücələrim", "Dostluq", "Yallı","Vağzalı" və s. rəqslər  məharətlə təqdim olundu.  "Azərbaycan", "Söz olmasaydı, "Torpağın səsi", "Əziz dost" mahnıları  səsləndi, "Yaşa Azərbaycan" rəqs kompozisiyası tamaşaçılarda  xoş ovqat yaratdı.

Konsert  lirik notlarla başa çatdı.

Sonda Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək uşaqların təqdim etdikləri nömrələri yüksək qiymətləndirdi. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov