Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Azərbaycanlı şagirdlər Türkiyədə keçirilən festivalda uğurla çıxış ediblər

 

Gözdən  əlil  uşaqlar  üçün  38 nömrəli 11  illik  Musiqi   və  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  5  nömrəli  Respublika  xüsusi  internat  məktəblərinin  şagirdləri  Türkiyənin  İstanbul  şəhərində  keçirilən  IX "Gülən  çocuq" festivalında  iştirak   ediblər.

Türkiyənin  İstanbul  Böyük   Şəhər  Bələdiyyəsinin  dəstəyi  ilə  təşkil  edilən  festival şənliklərinə  bu təhsil ocaqlarından 10  nəfər  şagird qatılıb.   Musiqi  məktəbinin  iki  müəllimi  Ramiz  Əzizov, Vüsal  Qəhrəmanov  və  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  5  nömrəli  xüsusi  internat  məktəbinin  uşaq  və  gənclər  birliyinin  rəhbəri     Xoşqədəm  Əhmədova qızlardan və oğlanlardan ibarət olan qruplara rəhbərlik ediblər.

Şagirdlər  festivalda  uğurlu  proqramla çıxış etdikləri   üçün  "Qala"  gecəsinin  konsert  proqramına  da dəvət olunublar. Sevindirici haldır ki, ölkəmizi təmsil edən yeniyetmə  istedad sahibləri tədbirin sonunda  Türkiyənin  məşhur  telekanallarından  olan  TV-8-ə  dəvət  alıb,  canlı  yayım  proqramında öz  məharətlərini bir daha nümayiş etdiriblər. Festivalda  iştirak  edən şagirdlər  vətənə diplom  və  medallarla dönüblər.  

Sifai  SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov