Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Şagirdlər oxuduqları əsərlərin təqdimatını ediblər

 

Bakı şəhəri  E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə    mütaliə mədəniyyətinin formalaşmasına dair "Hər bir insanın dünyagörüşünün formalaşmasında mütaliənin olması vacibdir" adlı tədbir keçirilib.Tədbirdə   məktəb direktorları, nəşriyyat işçiləri və digər qonaqlar iştirak ediblər.

Məktəbin direktoru Hicran Qarabəyli   "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə mədəniyyətinin formalaşması ilə bağlı tədbirlər barədə"  təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar son vaxtlar məktəbdə  həyata keçirilən tədbirlər haqqında  danışıb. Sonra  şagirdlər oxuduqları əsərlərin təqdimatını ediblər. Onlar  şeir söyləyib, mahnı oxuyub  və  ədəbi kompozisiya nümayiş etdiriblər.

Daha sonra tədbir "dəyirmi masa"da davam edib. Burada C.Cabbarlının, S.Vurğunun,   Ə.Haqverdiyevin, Anarın və digər  tanınmış şair  və yazıçıların  əsərlərindən söz açılıb.

Tədbir diskussiya şəklində başa çatıb. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov