Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Tərtərdə təntənəli bayram tədbiri keçirilib

 

Böyütmək üçün seçinAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Tərtərdə təntənəli bayram tədbiri ilə qeyd edilib. Rayon təhsil şöbəsindən  aldığımız məlumatda  bildirilib ki, Heydər Əliyev adına parkda möhtəşəm Gül bayramı keçirilib. Sərgilənən gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, plakat, Azərbaycanın bayrağı, xəritəsi, Olimpiya məşəli, dövlət atributları və digər əl işləri rayon sakinlərinin marağına səbəb olub. İdarə və müəssisələrin, ümumtəhsil məktəblərinin hazırladıqları əl işlərində 50 mindən artıq güldən istifadə edilib. Gül bayramı hər kəsdə açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradıb.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Gül bayramı münasibətilə təbrik edib. Bildirib ki, şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr edən Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur. Biz hər il öz xilaskarımız və müstəqil dövlətimizin qurucusunun doğum gününü gözəl bayramla qeyd edir və ulu öndərə dərin ehtiramımızı göstəririk. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.

Sonra ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov