Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Faciəli şəkildə həyatını itirən BDU tələbəsinin xatirəsi anıldı

 

Böyütmək üçün seçinMayın 20-də Bakı Dövlət Universitetində Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı faciəli şəkildə həyatını itirən BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib. Universitetin rektoru Abel Məhərrəmov bu ağır hadisədən bütün universitet kollektivinin sarsıldığını bildirib. O, Ülkər Eyvazovanın tələbəlik dövründə qazandığı uğurlardan və tələbələr arasındakı yüksək nüfuzundan söhbət açıb. Qeyd edib ki, Ülkər Eyvazova qrup nümayəndəsi və fəal ictimaiyyətçi tələbə kimi həmişə seçilib, universitetin və fakültənin həyatında aktivlik göstərib. Rektor onun və bütün vəfat edənlərin ailələrinə səbr və Allahdan rəhmət diləyib.

Sonra fakültənin dekanı Nazim Şəmilov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Ülkər Eyvazovanın tələbə yoldaşları adından Xədicə Abbaslı çıxış ediblər.

Daha sonra universitet kollektivi Ülkər Eyvazovanın və ailə üzvlərinin  məzarını ziyarət edərək onlara Tanrıdan rəhmət diləyiblər. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov