Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

ADU-da imtahan sessiyasının gedişi izlənildi

 

Böyütmək üçün seçinMayın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı,  professor Səməd Seyidovun bu ilin 6 aprel tarixində  imzaladığı əmrə əsasən imtahanların açıq və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə tələbələrin valideynləri, o cümlədən QHT üzvləri, ictimai təşkilat nümayəndələri universitetdə imtahanların gedişini izlədilər. İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov iştirak edirdi.

Pedaqoji (ingilis dili- alman dili), regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrində keçirilən imtahaların izlənmə prosesində iştirak edən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verdi. İmtahan sualları ilə maraqlanan koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğuladı. Ə.Nuriyev tələbələrin imtahanla bağlı hər hansı bir problemlərinin olub-olması ilə maraqlandı, monitorinqlərin aparılması üçün yaradılan şəraitə görə universitetin rektoru, professor  S.Seyidova təşəkkürünü bildirdi.

İmtahanların yüksək səviyyədə keçdiyini və bütün lazımi şəraitin yaradıldığını bildirən tələbələr eyni zamanda imtahanla bağlı öz  təkliflərini səsləndirdilər.  

ADU İctimaiyyətlə Əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov