Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Bakı Ali Neft Məktəbi Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri  Stefan Makloxlini qəbul edib. Görüşdə Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Heriot-Vatt Universiteti ilə əlaqələrinin BANM üçün əhəmiyyət daşıdığını və Böyük Britaniya ali təhsil sisteminin ölkəmizdə tətbiqi üçün imkan yaratdığını deyib.

Öz növbəsində, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri  Stefan Makloxlin təmsil etdiyi ali təhsil müəssisəsinin BANM ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, gələcəkdə birgə magistr proqramlarının həyata keçirilməsi barədə razılığa gəlinib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov