Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

 "Rənglərə köçürülmüş dünyam" adlı sərgi keçirilib

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Rənglərə köçürülmüş dünyam" adlı sərgi keçirilib. 18 may-Beynəlxalq  Muzeylər Gününə həsr olunan sərgidə Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin "Günəş" rəsm studiyasında məşğul olan uşaqların müxtəlif mövzularda çəkdikləri 40-a yaxın rəsmləri nümayiş  olunub.

Bildirilib ki, yeniyetmə rəssamların yaradıcılıq nümunələri İran, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çexiya, Rusiya, Slovakiya, Hindistanda və s. keçirilən beynəlxalq müsabiqələrdə daim  fərqlənib. Sərgidə Uluslararası Aktivist Sənətçilər Birliyinin, "Yeni Gallery" Bakı İncəsənət Mərkəzinin nümayəndələri, sənətşünaslar, rəssamlar və  muzey əməkdaşları iştirak ediblər.

Sonda ən yaxşı rəsmləri ilə  fərqlənən məktəblilərə diplomlar təqdim olunub.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov