Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Azərbaycanlı gənc ssenariçinin Hollivud uğuru

 

Bütün film yaradıcılarının arzusu olan Hollivudda mayın 9-da gənc azərbaycanlı ssenariçi Fariz İsmayılovun "Ata, məni bağışla" (Forgive Me Father) filminin qala baxışı olub.

Fariz İsmayılov 2006-cı ildə  Qafqaz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ancaq kino sənətinə olan marağı və istedadı artıq bu gün onu aparıb Hollivuda çıxarıb. Qısametrajlı "5150 tele filmləri" (2014), "Honq-Konq kafesində bir gecə" (2015) adlı filmləri ilə tanınan Fariz İsmayılovun son əsəri olan "Ata, məni bağışla" filmi dram janrında IMDbPro şirkəti tərəfindən çəkilmişdir. Bu filmdə Fariz İsmayılov həm də aktyor kimi iştirak edir. "Ata, məni bağışla" filmi terrorizmə qarşı mübarizəyə həsr olunub. Əvvəlki filimlərində isə Fariz əsasən sosial-məişət mövzularına müraciət etmişdir.

Ümumiyyətlə, sənətdə ilk addımlarını atan gənc həmyerlimizin qısa zaman ərzində yaradıcılığı çox məhsuldar olub. Onun artıq 2 ssenarisi, 7 aktyor əsəri və 1 prodüserlik fəaliyyəti var.

Hər il Qafqaz Universitetində tələbələr tərəfindən ənənəvi olaraq ilin məşhurları seçilir və ulu öndərin anadan olmasının ildönümü münasibəti ilə təşkil edilən "Gənclik şənliyi"ndə bu adlar nominantlara təqdim edilir. Bu il keçirilən VII "Gənclik şənliyi və multikulturalizm festivalı"nda da tələbələr həm universitetlərinin, həm də Azərbaycanın adını Hollivuda yazdıran  məzunları  Fariz İsmayılovu mədəniyyət sahəsində "İlin  ən fəal məzunu" seçmişlər. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov