Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Xaçmazda kitab bayramında iki mindən çox kitab nümayiş olunub

 

Böyütmək üçün seçinXaçmazda  ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar "Kitab bayramı" keçirilib. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə keçirilən "Kitab bayramı"nda rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri, məktəblilər iştirak ediblər. Mərasimdə 2500-dən çox kitab nümayiş etdirilib. "Kitab bayramı"nda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən, eləcə də Azərbaycan folkloruna, dünya ədəbiyyatına aid kitablar oxucular tərəfindən maraqla qarşılanıb.

Xaçmaz Rayon Təhsil Şöbəsindən  bildirilib ki, ənənəvi "Kitab bayramı"nın keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdən ibarətdir.

    Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov