Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Bakı şəhərində zona yarışı keçirilib

 

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində badminton və voleybol idman növləri üzrə zona yarışı keçirilib.

Bakı Slavyan Universitetinin idman zalında keçirilən badminton yarışına Bakı şəhərinin rayonları üzrə 100 nəfərə yaxın 7-17 yaş arası məktəbli qız və oğlan qatılıb. Tədbirin açılış hissəsində idmançılar badmintonun müxtəlif növləri üzrə nümunəvi çıxışlar ediblər.

Yarışın nəticələrinə əsasən, komanda hesabında 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Binəqədi rayonunun komandaları tutub.

Daha bir idman yarışı Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında baş tutub. Burada məktəblilər arasında voleybol idman növü üzrə zona yarışı keçirilib. Qalib adı uğrunda mübarizəyə Bakı şəhərinin rayonları üzrə 12 komanda qatılıb.

Komanda hesabında 1-ci yeri Səbail, 2-ci yeri Suraxanı, 3-cü yeri Xəzər rayonunun komandaları tutublar.

Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.   

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov