Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Qaliblərin mükafatlandırılma mərasimi olub

 

Böyütmək üçün seçinÜmummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının və ali məktəb tələbələrinin XII Respublika Universiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ali məktəb tələbələri arasında yaradıcılıq festivalı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə qərarı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə hər il keçirilir.

Tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib ki, əsas məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, həm ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı, həm də Respublika Universiadası ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Respublika Komitəsi tərəfindən vaxtaşırı olaraq gənclər arasında bu kimi yarışlar keçirilir. Festivalda 23 ali məktəbin tələbələrindən ibarət özfəaliyyət kollektivi iştirak edib. Bəzi ali məktəblər isə bu festivalda ilk dəfədir iştirak edir. Bu il festivalın yekun konsertində ümumilikdə 250-yə yaxın tələbə iştirak edib. Birinci və ikinci mərhələnin iştirakçılarının sayı isə 1000-ə yaxın olub.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bədən tərbiyəsinin inkişafını, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb.

Tədbirin sonunda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov