Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

"Təhsil Kuboku" yarışının final mərhələsi keçirilib

 

Böyütmək üçün seçinMayın 26-da Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi ali təhsil müəssisələri arasında futbol üzrə "Təhsil Kuboku" yarışının final mərhələsi keçirilib.

Finala Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Tibb Universitetinin, Milli Aviasiya Akademiyasının və Gəncə Dövlət Universitetinin komandaları vəsiqə qazanıblar. Final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Tibb Universitetinin komandası ilə, 3-cü yer uğrunda isə Milli Aviasiya Akademiyasının komandası Gəncə Dövlət Universitetinin komandası ilə qarşılaşıblar.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticələrinə əsasən "Təhsil Kuboku"nun sahibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub. İkinci yeri Azərbaycan Tibb Universitetinin, üçüncü yeri Milli Aviasiya Akademiyasının komandası tutub.

Mükafatlandırılma mərasimində iştirak edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov yarışda ilk 3 yeri tutan komandalara kubok, medal və qiymətli hədiyyələri təqdim ediblər.

Xatırladaq ki, Olimpiya sistemi üzrə keçirilən yarışlara 31 ali təhsil müəssisəsinin komandası qatılıb.

Yarışın keçirilməsində məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək, 2015-ci ildə ölkəmizdə keçiriləcək "Bakı-2015" I Avropa Oyunlarını təbliğ etmək, tələbələri sağlam həyat tərzinə istiqamətləndirmək, tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasına, gənclərdən ibarət yığma komandaya namizədlər seçmək, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov