Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

"Şərqdə ilk demokratik dövlət" mövzusunda tədbir

 

Böyütmək üçün seçinMayın 26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Respublika Gününə həsr olunmuş "Şərqdə ilk demokratik dövlət" mövzusunda tədbir keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, təhsil ictimaiyyətinin və KİV nümayəndələri iştirak edirdilər. Heydər Əliyev muzey-lektoriyasında təşkil olunmuş tədbirdə institutun rektoru, professor Asəf Zamanov çıxış etdi. Rektor tarixə nəzər salaraq bildirdi ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur. Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur.

Rektor onu da qeyd etdi ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır. Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. 

Tədbirdə BPKİYİ-nin baş müəllimi, tarixçi alim Aydın Aslanov "Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik dövlət"  mövzusunda məruzə etdi. Digər çıxış edənlər də bu əlamətdar günün əhəmiyyətindən danışdılar.  

Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov