Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Bakıdakı 158 mömrəli məktəbdə "Son zəng"

 

Böyütmək üçün seçin Ölkəmizin hər yerində olduğu kimi Bakıdakı 158 nömrəli tam orta məktəbdə də "Son zəng" həyəcanlı və sevinc dolu anlarla yadda qalıb.

Məktəbin bayramsayağı bəzədilmiş həyətində səhər saat 8-dən başlayaraq qəhrəmanlıq marşları, vətən, məktəb həyatı ilə bağlı musiqi səslənib. Məktəbdə məzunların həyəcanla gözlədiyi acılı-şirinli  11 illik məktəb həyatının sona çatdığını bildirən "Son zəng" çalınıb. Artıq həyəcanlı günlər, heç zaman bitməyəcəyini təsəvvür etdikləri  dərs saatı məktəb divarları arasında qalıb...

Məktəbin direktoru Zemfira Səmədova  "Son zəng" günündə duyğulu anlar yaşayan  məzunları və onların valideynlərini,  unudulmaz günün hərarətinə toplaşan  mərasim iştirakçılarını, birinciləri  təbrik  edərək onlara  uğurlar arzulayıb. Direktor məktəbin son illərdə qazandığı  uğurlardan  fəxrlə söz açıb.  Bildirib ki, bu il tədris  ocağını  176 məzun  bitirib. "İnanıram ki, onlar orta məktəbin buraxılış və ali məktəblərə qəbul imtahanlarında  uğurlar qazanacaqlar".

Sonra meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilib.  Onlar möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına məktəblilərə göstərdiyi  diqqət və qayğıya görə ən  xoş arzularını və minnətdarlıqlarını bildiriblər.

Şəhid anası Xanım Bünyadzadə, veteran müəllimlər çıxış edərək  orta təhsili başa vurub müstəqil həyata atılan gəncləri təbrik ediblər. Məzunlardan Qəmər Əkbərzadə, Səməd Hüseynzadə müəllimlərinə təşəkkürlərini bildirərək onların etimadını doğruldacaqlarına əminlik ifadə ediblər.

Sonda  xoş melodiyalar səslənib. "Son zəng"in kövrək sədaları ətrafı bürüyüb. Daha bir ilin son zəngi də bununla bitib və neçə-neçə gəncimiz yeni həyat yollarına üz  tutub. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov