Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Məzunlara "Fəxri məzun" diplomu və hədiyyələr təqdim edilib

 

Böyütmək üçün seçinBakı Slavyan  Universitetinin mətbuat  xidmətindən aldığımız məlumatda  bildirilir ki, mayın 25-də BSU-da  təhsildə yüksək nailiyyətlərə, ali məktəbin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara rektor tərəfindən "Fəxri məzun" diplomu və hədiyyələr təqdim edilib. Mərasimdə universitetin rektoru, professor Asif Hacıyev məzunları təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər, vətənimizin və doğma universitetin adını daim uca tutmağı arzulayıb. Rektor universitetin ölkəmizdə və dünyada tanıdılmasında məzunların rolundan danışıb. Tədbirdə valideynlər və tələbələr çıxış edərək universitetin rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.

Tələbələrlə yanaşı, BSU-nun Məktəb-Lisey Kompleksində təhsilini uğurla başa vuran XI sinif məzunları da diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Sonda tələbələrin ifasında bədii kompozisiya təqdim olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov