Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Məktəblilər arasında akrobatika badminton idman növləri üzrə zona yarışları

 

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində akrobatika, Xaçmazda badminton idman növü üzrə zona yarışları keçirilib.

Bakı şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində keçirilən yarışa paytaxtın rayonlarından 100 nəfərə yaxın məktəbli qatılıb. Tədbirin açılış hissəsində idmançılar müxtəlif proqramlarla nümunəvi çıxışlar ediblər.

Akrobatika gimnastikasının müxtəlif növləri üzrə keçirilən yarışda komanda hesabında 1-ci yeri Nərimanov, 2-ci yeri Sabunçu, 3-cü yeri Səbail rayonunun komandaları tutublar.

Xaçmaz Olimpiya İdman Kompleksində isə məktəblilər arasında badminton idman növü üzrə zona yarışı keçirilib. Qalib adı uğrunda mübarizəyə Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarından və Sumqayıt şəhərindən 100 nəfərə yaxın məktəbli qatılıb.

Komanda hesabında 1-ci yeri Qusar, 2-ci yeri Şabran, 3-cü yeri Xaçmaz rayonunun komandaları tutublar.

Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov