Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Xaçmaz rayonunda voleybol idman növü üzrə zona yarışı keçirilib

 

Böyütmək üçün seçin"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Xaçmaz rayonunda voleybol idman növü üzrə zona yarışı keçirilib. Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Zona yarışında Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron və Qubadlı rayonlarının komandaları mübarizə aparıblar. 1-ci yeri Sumqayıt şəhərinin, 2-ci yeri Abşeron, 3-cü yeri isə Xaçmaz rayonunun komandaları tutublar.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov