Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Yay olimpiada məktəbinə seçim imtahanları keçirilib

 

Böyütmək üçün seçinBakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin VII və VIII sinif şagirdləri arasında yay olimpiada məktəbinə seçmə imtahanları keçirilib.

Bakı şəhərində Heydər Əliyev adına liseydə, Sumqayıt şəhərində isə Texniki və təbiət təmayüllü gimnaziyada keçirilən imtahanda 200-yə yaxın istedadlı şagird iştirak edib.

İmtahanın nəticələrinə əsasən fərqlənən şagirdlər Təhsil Nazirliyi tərəfindən iyunun 5-dən 25-dək təşkil edilən yay olimpiada məktəbinə daxil olacaqlar. Yay olimpiada məktəbində şagirdlərə ağırlaşdırılmış dərs proqramı keçiriləcək. Bundan əlavə, şagirdlər üçün müvafiq sosial tədbirlər də təşkil ediləcək.

Qeyd edək ki, yay olimpiada məktəbinə Sumqayıt və Bakı şəhərləri üzrə riyaziyyat fənnindən 52 şagird, fizika fənni üzrə isə 32 şagird qatılacaq. Yay olimpiada məktəbi dövründə şagirdlər arasında rəqabətin artırılması məqsədilə bir neçə sınaq imtahanı keçiriləcək.

Yay məktəbinin sonunda şagirdlərə yekun imtahanı keçiriləcək və gələn tədris ili üçün azyaşlı məktəblilər arasında beynəlxalq olimpiadalara hazırlıq qrupları yaradılacaq. Həmin qruplara tədris ili boyunca xüsusi dərs proqramı istiqamətində hazırlıqların keçirilməsi nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov