Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

BDU-da Şanxay Universiteti ilə Anlaşma Memorandumu imzalanıb

 

Böyütmək üçün seçin Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çin Xalq Respublikasının Şanxay Universitetindən olan nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin rəhbəri Sya Syaoxe BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Rektor Abel Məhərrəmov, öz növbəsində, qonaqlara BDU haqqında məlumat verib, universitetdə tədris olunan Çin dili və ədəbiyyatı, o cümlədən Konfutsi İnstitutu haqqında danışıb.

Qonaqlar universitetlə tanışlıqdan məmnunluqlarını bildiriblər.

Görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur. Görüşdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin Çin dili və ədəbiyyatı ixtisası üzrə doktorantı Li Jen Yinə Şanxay Universitetinin diplomu təqdim edilib. Li Jen Yin bundan sonra Şanxay Universiteti ilə Bakı Dövlət Universiteti, o cümlədən Azərbaycanın digər universitetləri ilə əməkdaşlıq üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov