Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

 "Avropa Oyunları şagirdlərin gözü ilə"

 

Bakı Dövlət Universitetinin (BDU) "Gənc istedadlar" liseyində "Avropa Oyunları şagirdlərin gözü ilə" adlı layihə həyata keçirilib.

Bu barədə BDU tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov AZƏRTAC-a eksklüziv müsahibəsində məlumat verib. D.Qənbərov qeyd edib ki, layihə "Bakı-2015" birinci Avropa Oyunlarına dəstək məqsədilə reallaşdırılıb. Azərbaycanda keçiriləcək möhtəşəm tədbir məktəbliləri də çox maraqlandırır.

Layihə çərçivəsində şagirdlər Avropa Oyunları ilə bağlı təqdimatlar nümayiş etdiriblər.

BDU-da "Bakı-2015" birinci Avropa Oyunlarına sən də qoşul!" devizi altında keçirilən təbliğat-təşviqat kampaniyasının nəticəsi olaraq universitetin üç minədək tələbəsinin bu tədbirə könüllü kimi qoşulduğunu xatırladan D.Qənbərov kampaniyanın Avropa Oyunları başlananadək davam edəcəyini bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov