Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

"Kitabi-Dədə Qorqud" dastanı milli-mənəvi sərvətimizdir"

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsi Ləman Əliyevanın təşəbbüsü ilə rayonun Horadiz qəsəbəsində "Kitabi-Dədə Qorqud" dastanı milli-mənəvi sərvətimizdir" adlı tədbir keçirilib.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının I müavini B.Aslanov, Füzuli Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri E.Məmmədov, Füzuli Rayon Təhsil Şöbəsinin müdir müavini R.Səmədov, təhsil şöbəsinin məsləhətçisi F.Məhərrəmov, bir qrup gənc fəal, rayon məktəblərinin müəllim və şagird kollektivləri iştirak ediblər.

Əvvəlcə L.Əliyeva Bilik Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ictimaiyyətə geniş məlumat verib. Horadiz şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi H.Xudiyev "Kitabi-Dədə Qorqud" dastanının tarixi, dastanda adıçəkilən yerlər, eləcə də "Təpəgöz" boyunun alman alimi Haynrix Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunması haqqında ətraflı bilgilər verib.

Sonra Horadiz şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri və Füzuli Dövlət Dram Teatrının gənc aktyorlarının birgə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiyada "Kitabi-Dədə Qorqud" dastanının qədimliyindən, xalqımızın mənəvi irsində yerindən, obrazların qəhrəmanlığından söhbət açılıb, dastanın motivləri əsasında səhnələr təqdim edilib. Tədbir boyu Qorqud Atanın nəsihətamiz fikirləri səslənib, bu vətənpərvərlik dastanını tərənnüm edən məktəblilər vətənə sədaqət andı içiblər.

Sonda iştirakçılara "Kitabi-Dədə Qorqud" dastanının tarixinə həsr olunmuş sənədli film göstərilib. 

Bilik Fondunun İnformasiya Təminatı sektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov