Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində kitab təqdimatı

 

İyunun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində tanınmış pedaqoq-alim, ADPU-nun ümumi pedaqogika kafedrasının professoru, pedaqogika üzrə elmlər doktoru, əməkdar müəllim Əmrulla Xanməd oğlu Paşayevin xatirəsinə həsr olunmuş "Professor Əmrulla Paşayev" adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın tərtibçisi, ön sözün müəllifi və redaktoru ADPU-nun pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmovdur. Kitabda professor Əmrulla Paşayevin həmkarlarının, dostlarının, ailə üzvlərinin, qohumlarının onunla bağlı fikirləri yer alıb. Təqdimat mərasimində ilk olaraq professor Əmrulla Paşayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini professor Fərrux Rüstəmov giriş sözü ilə açaraq professor Əmrulla Paşayevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

Təqdimat mərasimində çıxış edən ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işlər üzrə prorektor, professor Vilayət Əliyev, Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, professor Vidadi Xəlilov, Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov, professor Hacı Mircəfər Həsənov və başqaları professor Ə.Paşayevlə bağlı xatirələrini bölüşmüşlər.

Təqdimat mərasimində professor Ə.Paşayevin qardaşı Nüsrət Paşayev və həyat yoldaşı Zahidə Paşayeva çıxış edərək kitabın ərsəyə gəlməsinə, həmçinin tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, eləcə də bu işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.   

ADPU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov