Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

London Universitet Kollecində "Bakı-2015" 1-ci Avropa Oyunlarının təqdimatı olub

 

Böyütmək üçün seçin Böyük Britaniyanın London Universitet Kollecində "Bakı-2015" 1-ci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində təhsil alan Nicat Baxşəliyev tərəfindən təşkil olunub. Tədbirdə həmyerlilərimizlə yanaşı, Böyük Britaniya, Fransa və İtaliyadan olan tələbələr də iştirak ediblər.

Təqdimatdan əvvəl Kollecdə Avropa Oyunları ilə bağlı posterlər yerləşdirilib.

Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan "Bakı-2015" 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçiriləcəyi haqda məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatın gedişində Avropa Oyunlarının keçiriləcəyi idman arenaları haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx da iştirakçıların diqqətinə çatdırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov