Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

ADNA-nın tələbəsi Xəzəryanı ölkələri Gənclərinin II Sammitində iştirak edib

 

 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müşaviri, Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft mədən fakültəsinin III kurs tələbəsi Nurxan Babayev İran İslam Respublikasında keçirilmiş Xəzəryanı ölkələri Gənclərinin II Sammitində iştirak edib. Səfər çərçivəsində tədbir iştirakçıları İranın gənclər nazirinin müavini, sektor müdirləri və bir çox rəsmilərlə görüş keçiriblər. Tədbirin əsas məqsədi Xəzəryanı ölkələrin gəncləri arasında dostluq əlaqələrinin güclənməsi, gənclər təşkilatları arasında təcrübə mübadiləsinin aparılması olub. Sammitin sonunda qətnamə hazırlanıb, baxılması və imzalanması üçün hər bir ölkənin müvafiq nazirliyinə təqdim edilib.

 Tədbirdə həmçinin Rusiya, Qazaxıstan, Türkmənistan və İran nümayəndə heyətləri iştirak edib.  

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov