Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Azərbaycan Dövlət İqtisad Universitetində bayram tədbiri

 

İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunun tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib.

ADİU-nun rektoru, professor Ədalət Muradov 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov