Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Xalq şairinin yubileyi qeyd olunub

 

Qubadlının Mahmudlu kənd tam orta məktəbində ədəbiyyatsevər şagirdlərin iştirakı ilə Azərbaycanın xalq şairi, böyük ictimai-siyasi xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar geniş tədbir keçirilib. Tədbirdə şairin əsərlərindən ibarət sərgi təşkil olunub, "Gülüstan" poemasından parçalar səsləndirilib. Şagirdlərin ana, vətən haqqında şeirləri, şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Tədbirin təşkilatçısı məktəbin ədəbiyyat müəllimi Almaz Allahverdiyeva sonda Bəxtiyar Vahabzadə irsinin məktəblilər üçün əvəzsiz xəzinə olmasını, şagirdlərdə mütaliəyə böyük maraq doğurduğunu, onlarda mütaliə vərdişlərinin  təkmilləşdirilməsində xüsusi əhəmiyyət daşıdığından danışıb. Tədbir diskussiya şəklində başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov