Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

40 il sonra ilk zəngin həyəcanı

 

Göyçay  Rayon Təhsil Şöbəsindən  aldığımız  məlumatda  bildirilir ki, rayonunun Çərəkə kənd 2 nömrəli tam orta məktəbində 40 il öncə kədər hissi ilə bir-birindən ayrılan  məzunlar yenidən görüşüblər. Görüşdə maraqlı anlar yaşanıb. Müxtəlif sahələrdə çalışan məzunların kimisi paytaxtda, kimisi digər şəhər və rayonlarda həyatlarını davam etdirir. Amma bu görüş onları uzun illərdən sonra bir araya gətirib. Məzunlar 40 il öncə olduğu kimi, yenə də məktəbin zəngi çalındıqdan sonra öz siniflərinə daxil olublar. On il bir dərs stolu arxasında əyləşdikləri sinif yoldaşlarının böyük əksəriyyəti burada olsalar da, bir neçəsi dünyasını dəyişib. Bu görüşə ən çox sevinənlər həm də keçmiş şagirdlərin qocaman müəllimləri olub. Məktəbin kimya müəllimi Lalə Eyvazova dərsdə təkrar davamiyyəti yoxlayıb, gəlməyənlər haqqında müəllimə məlumat verilib. Sinifdə dərs keçirilib, olub-keçənlər təkrar xatırlanıb. Lalə müəllim məzun günü sinfə daxil olarkən 40 il öncəki həyəcanı yaşadığını deyib. O, ilk buraxılış sinfi olan bu məzunları 40 ildən sonra təkrar sinifdə görməkdən gözəl hisslərin olmadığını vurğulayıb.

Sonra zəng çalınıb, dərs bitib, keçmiş məzunlar və müəllimlər bir süfrə arxasında əyləşiblər. Məktəbin birinci sinif şagirdləri keçmiş məzunları gül-çiçək, şeir və mahnılarla təbrik ediblər.

Tədbirdə müəllim və məzunlar çıxış edərək şirin xatirələrdən söhbət açıblar. 

Şakir CƏFƏROV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov