Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

10 yaşlı Alsunun kitabının təqdimatı

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) Alsunun "Quş yuxusu" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən AYB-nin katibi Rəşad Məcid on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından söz açıb.  Bildirib  ki, on yaşında kitab çıxarmaq Alsunun ədəbiyyata olan daxili tələbatından irəli gəlib. Mən Alsunu lap uşaq vaxtlarından tanıyıram. O, iti ağlı, hazırcavablığı ilə  yadımda qalıb. Alsu hələ balacadır, gələcəkdə peşəsini, sənətini özü müəyyən edəcək. İnanıram ki,  onun kitab və ədəbiyyat sevgisi bu cür tükənməz olacaq.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov,  xalq şairi Fikrət Qoca, "APA Holding"in prezidenti  Vüsalə Mahirqızı,  "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, AYB-nin katibi   İlqar Fəhmi, şair  Oqtay Rza və  başqaları  Alsuya  uğurlar diləyib  və xoş arzularını bildiriblər.

Tədbirdə çıxış edən  Alsu kitablara və ədəbiyyata olan marağından söz açıb və təqdimat mərasiminə toplaşanlara  təşəkkürünü bildirib.

Qeyd edək ki, "Təhsil" nəşriyyatında işıq üzü görən kitabda Alsunun hekayələri, esseləri və gülməcələri  toplanıb. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov