Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

"Narkomaniyaya yox deyək"

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə məqsədilə Hacıqabul rayonunun 3 nömrəli  tam orta məktəbində tədbir keçirilib. Təhsil şöbəsindən məlumat verilir ki, tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək   Mərkəzinin, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun və digər əlaqədar qurumların nümayəndələri iştirak edib, narkotikin insan orqanizminə zərərindən və yaratdığı fəsadlardan danışıblar.

Tədbirdə "Narkomaniya - bəşəriyyətə bəla" mövzusunda qısametrajlı film nümayiş olunub, iştirakçılara "Narkomaniyaya yox deyək" adlı təqvim-broşürlər paylanılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov