Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

I Avropa Oyunları davam edir

 

İdmançılarımız 12 qızıl medal qazanıb 

Böyütmək üçün seçinİyunun 12-də möhtəşəm açılış mərasimi ilə start götürmüş "Bakı-2015"  I Avropa Oyunları davam edir. Oyunların başlanmasından keçən bu müddət ərzində bir sıra idman növləri üzrə yarışlar artıq başa çatıb.  Yarışlarda 93 dəst medal (310 ədəd) oynanılıb.

I Avropa Oyunları ölkəmiz üçün xüsusilə uğurlu olub. Belə ki, idmançılarımız indiyədək parlaq çıxışlar nümayiş etdirərək  29 medal əldə ediblər. Medallardan 12-si qızıl, 5-i gümüş, 12-si isə bürüncdür. Bu göstəricilərə görə ölkəmiz hazırda oyunların reytinq cədvəlində 2-ci yerdə qərarlaşıb. Sevindirici haldır ki, bu yarışlarda Azərbaycan Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi böyük idman uğurları və ənənələri olan dövlətləri geridə qoyub. Cədvəldə birinci yeri isə oyunlara çoxsaylı heyət və tanınmış idmançılarla gəlmiş Rusiya Federasiyası tutur. Şimal qonşumuzun idmançıları indiyədək 45 medal,  o cümlədən 25-i qızıl, əldə ediblər.

İdmançılarımızın ayrı-ayrı idman növləri, xüsusən də  karate, güləş və taekvondo  üzrə  nəticələri daha sevindiricidir. Qazanılan medalların təxminən yarıdan çoxu - 15-i məhz bu idman növlərinin payına düşür.

I Avropa Oyunlarına hazırlıq mərhələsində olduğu kimi hazırda oyunların keçirilməsi də dövlətimizin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Prezident İlham Əliyev  və birinci xanım, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarışları maraqla izləyir və qalib idmançılara medallar təqdim edirlər.

Öz çıxışları ilə indiyədək bizə böyük sevinc bəxş etmiş idmançılarımıza  oyunlar çərçivəsindəki növbəti yarışlarda da uğurlar diləyirik.

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov