Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi erməni güləşçisini məğlub edib

 

 "Bakı-2015" I Avropa Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışında Təhsil Nazirliyinin nəzdindəki idman məktəbinin təmsilçisi yarımfinala yüksəlib.

Belə ki, Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev ilk görüşündə erməni güləşçisi Valodya Franqulyanı 7:0 hesabı ilə məğlub edib və bununla görüşlərini davam etdirmək hüququ qazanıb.

Hacı Əliyev növbəti görüşündə də qalib gəlib. 61 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız slovakiyalı Mikola Balotnyuk üzərində daha böyük hesabla - 11:0 hesabı ilə qələbə qazanaraq yarımfinala çıxıb.

Həmyerlimiz finala gedən yolda rusiyalı Aleksandr Boqomoyevlə üz-üzə gəlib. Təəssüflər olsun ki, təcrübəli rəqib qarşısında ilk xalı Hacı qazansa da, qələbəni  şimal qonşumuz bayram edib - 5:2.

Məğlubiyyətə baxmayaraq, H.Əliyev bürünc medal uğrunda mübarizədə türkiyəli Recep Aktaş Minurla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən (10:2) Hacı Avropa Oyunlarını 3-cü yerdə başa vurub.

Qeyd edək ki, Hacı Əliyev indiyə qədər dünya və Avropa çempionatlarının qalibi olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov