Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

BDU-nun nəzdindəki Konfutsi İnstitutunda seçmə turu başa çatıb

 

Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda bütün dünya məktəblilərinin Konfutsi İnstitutlarının iqamətgahı (Xanban) tərəfindən təşkil olunmuş və BDU-nun nəzdindəki Konfutsi İnstitutu tərəfindən həyata keçirilmiş "Çin dili körpüsü" adlı Çin dili üzrə VIII ümumdünya müsabiqəsinin Azərbaycan Respublikası üzrə seçmə turu uğurla başa çatıb.

Tədbiri BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfindən olan direktoru Xu Fenxua keçirib. Bu tədbirdə BDU-nun prorektoru, professor İ.Əliyeva çıxış edib. Müsabiqədə həmçinin bəzi müsabiqəçilərin valideynləri iştirak ediblər. Müsabiqə beş hissədən ibarət olub: yazılı imtahan, yoxlama, nitq, Çin mədəniyyətinə dair sual-cavab və Çin bədii çıxışlarının nümayişi.

Müsabiqənin münsiflər heyətinin seçimindən sonra Bakı Dövlət Universitetinin nəzdindəki orta məktəbin və beş digər orta məktəbin 10 şagirdi finalda iştirak etmək hüququ qazanıb. Kəskin rəqabət şəraitində BDU-nun nəzdindəki orta məktəbin yetirməsi olan Murad müsabiqədə birinci dərəcəli mükafat, 55 nömrəli orta məktəbin şagirdi Su Xan ikinci dərəcəli mükafat alıblar. Onların hər ikisi final müsabiqəsində iştirak edəcək və Çində başqa mərhələlərdə təhsil alacaqlar. Digər müsabiqəçilər üçüncü dərəcəli mükafat və sertifikatlar qazanmışlar. Mükafatları onlara prorektor İ.Əliyeva təqdim edib.

Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq keçirilib. BDU-nun nəzdindəki Konfutsi İnstitutunun rəhbərləri və müəllimləri mövzuların planlaşdırılmasından, təklif olunmasından, imtahan işlərinin yoxlanılmasından tutmuş müsabiqəyədək bütün proses boyu səylə layihələşdirib həyata keçiriblər. Sonda istənilən nəticə əldə edilib.

Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Konfutsi İnstitutlarının qərargahı (Xanban) tərəfindən Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 8 belə müsabiqə uğurla keçirilib. Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub. Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub. Azərbaycan Respublikası üzrə seçmə turun keçirilməsi Azərbaycan məktəblilərinin ilk dəfə olaraq Çində "Çin dili körpüsü" müsabiqəsində iştirak etməsinə imkan verib.  

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov